• Badımcan dolması resepti

Reseptin məlumatları Baxış sayı: 15 344

Tarix : 20-06-2016, 19:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Dolmalar / Tərəvəz yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
500 gr qoyun ya da mal qiyməsi (50/50 də olar)
200 gr çıkilmiş baş soğan
3 orta badımcan
3 orta yetişmiş sulu pomidor
3 bolgar istiotu (bibər)
Duz
İstiot
Darçın

Hazırlanması:
Badımcanı təmizliyib ortasından (iç tərəfindən) kəsin, duzlayın və 1-2 saatlıq kənara qoyun. Əti soğanla qarışdırın, və duzç istiot və darçın ilə ətə əlavə edin.
Tavaya 2-3 qaşıqsu töküb əti tavaya salın. Qaynayan kimi orta alovda qoyun və əti qarışdırarək bişirin. Ət kiç olmamaq üçün, ət yaxşı qarışdırılmalıdır.
Su buxarlanandan sonra, yaq əlavə edib əti qızardın. Əti soyudun. Badımcanları yuyun, qurudun və orta alovda qızardın, bir müddəttavanın üstünü qapaqla örtün, badımcanın içi bişmək üçün. 15-20 dəqiqə qızardın.
Soyudmaq üçün qırağa qoyun. İstiotların baş tərəfini kəsib (amma axıray kimi yox, üstü qapaq kimi qalmalıdır), içini tumlardan təmizləyin, 5 dəqiqə qaynar duzlu suda saxlayin. İstiotları soyudun.
Pomidorların baş tərəfindən kəsinş Yenə də axıra kimi yox, qapaq kimi qalmalıdır. Çay qaşığı ilə pomidorların içini təmizləyin, amma içlərini tullamayın, sizə lazım olacaq.
Pomidorun içini duzlayın. Badımcanın, pomidorun və istiotun içini qiymə ilə doldurub tavaya yığın.
Tavaya əvvəlcədən yağ tökün. Badımcandan da yağ qalıbsa, onu da tavaya tökə bilərsiniz. Pomidorun içindən qalmışları xırdalayın və tavaya tökün. Tavanı əvvəlcə bərk alovun üstünə qoyun, pomidor sırəsi qaynayan kimi, alovu azaldın və qapaq qoyun. 1-1,5 saat bişirin, pomidorlar yumuşalanadək. Amma ötürülməsin, çünki əks halda badəmcan və pomidoru boşqaba yığmaq mümkün olmayacaq

Nuş olsun!
Etiketlər: qoyun, içini, tavaya, qızardın, qapaq, əlavə, Tavaya, bişirin, duzlayın, Pomidorun, dəqiqə, tərəfindən, təmizləyin, alovda, qalmalıdır, pomidor, tökün, soyudun, yığın, pomidorun
BİZİ İZLƏYİN