Tərkibi:6 ədəd yumurta
1,5 stəkan süd
4 x.q. un
200-300 qram göbələk (şampinyon)
2 ədəd soğan
Duz, istiot
Göyərti
Hazırlanması:Boşqabda yumurtataları sındırıb, üzərinə süd, duz, un əlavə edib, yaxşıca qarışdırın.
Hazırlanmış qarışıqdan bitki yağında qızdırılmış tavaya töküb, omlet bişirin.
Soyumuş omleti 8-10 sm ölçüdə kvadrat formasında doğrayın.
Soğanı xırda-xırda doğrayıb, yağda qızardın.
Göbələkləri bişirib, qızardılmış soğanın üzərinə əlavə edib, 5 dəqiqə ərzində bişirin.
Kvadrat formasında doğranılmış omleti boşqaba düzüb, üzərinə isə qızardılmış göbələyi yerləşdirin.
Süfrəyə verərkən göyərti və müxtəlif tərəvəzlərlə bəzəyə bilərsiz.
Nuş olsun!
Etiketlər: üzərinə, bişirin, əlavə, qızardılmış, omleti, formasında, xırda, soğanın, ərzində, dəqiqə, qızardın, doğrayıb, yağda, Kvadrat, Göbələkləri, bişirib, boşqaba, tərəvəzlərlə, müxtəlif, bəzəyə