• Toyuqlu börək resepti

Reseptin məlumatları Baxış sayı: 33 992

Tarix : 6-08-2014, 21:23

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Börəklər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 yuxa
500 q toyuq əti
2 x.q. un
3 x.q. zeytun yağı
muskat cevizi
1,5 st. toyuq bulyonu
3 x.q. bitki yağı
duz

Üzərinə:
1 yumurtanın sarısı
küncüt

Hazırlanması:
Toyuq ətini noxud böyüklüyündə doğrayın. 2 st. su əlavə edərək 15 dəqiqə bişirin. Suyunu süzüb bir qaba yığın.

Unu zeytun yağında qovurun. Azacıq rəngi dəyişəndə 1,5 st. toyuq bulyonunu əlavə edin, qarışdırın. Krem qatılığına gəlincə muskat tozu və duz əlavə edin. Toyuq ətini də əlavə edib 1-2 dəqiqə bişirin. Yuxaları 4 bərabər yerə bölün. Hər birinin üzərinə bitki yağı çəkin. İç qoyub 3-4 barmaq enində rulet bükün. Üzərinə yumurta sarısı çəkib küncüt səpin.

Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada qızaranadək bişirin.

Nuş olsun!
Etiketlər: əlavə, bişirin, toyuq, Toyuq, ətini, dəqiqə, sarısı, küncüt, muskat, bitki, zeytun, Üzərinə, bərabər, enində, barmaq, rulet, çəkin, bükün, üzərinə, bölün
BİZİ İZLƏYİN