Tərkibi:1 kd toyuq budu,
4 ədəd badımcan,
3 ədəd pomidor,
3 ədəd bibər,
5 ədəd kartof,
2 x.q. tomat,
1 x.q. mayonez,
duz,
qara istiot
Hazırlanması:Əvvəlcə kartof və badımcanların qabığını soyuruq. Bütün tərəvəzləri yuyub, zövqə görə istənilən formada doğrayırıq. Tomat, mayonez, duz və istiotu qarışdırıb, sous hazırlayırıq. Toyuq budlarını və tərəvəzləri sousla yaxşıca qarışdırdıqdan sonra soba qabına düzürük. Üzərinə yağ töküb, bişməyə qoyuruq. 180 dərəcə istilikli sobada qızarana kimi bişiririk.
Nuş olsun!
Etiketlər: mayonez, tərəvəzləri, kartof, qarışdırdıqdan, qabına, sonra, yaxşıca, Toyuq, budlarını, sousla, düzürük, töküb, sobada, qızarana, bişiririk, istilikli, dərəcə, hazırlayırıq, bişməyə, qoyuruq