Tərkibi:düyü,
qiymə,
soğan,
pomidor,
bibər,
badımcan,
reyhan,
yağ,
duz, istiot
Hazırlanması:Əvvəlcə badımcanı suda pörtlədib, acısını çıxardırıq. Bibər və pomidorun isə içini çıxarıb, təmizləyirik.
Qiyməni doğranmış soğan, pomidor və bibərlə birlikdə qovururuq. Bişənə yaxın duz, istiot və reyhan vurub, qarışdırırıq.
Hazır olduqdan sonra çiy düyü töküb, tərəvəzlərin içinə doldururuq və qazana yerləşdiririk. Az miqdarda su əlavə edib, bişməyə qoyuruq.
*Qeyd. Əslində bizim mətbəxdə bu yeməyə düyü qatılmır. Bu dəfə türk üsulu hazırladım.
Nuş olsun!
Etiketlər: reyhan, pomidor, istiot, soğan, içinə, doldururuq, qazana, tərəvəzlərin, yerləşdiririk, töküb, olduqdan, miqdarda, sonra, Hazır, qoyuruq, yeməyə, qatılmır, üsulu, hazırladım, mətbəxdə