• Kokoslu-mandarinli peçenye resepti

Reseptin məlumatları Baxış sayı: 11 701

Tarix : 21-01-2017, 12:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
150 q kərə yağı
1 yumurta
100 q şəkər pudrası
200 q kokos yonqarı
200 q un
1 mandarinin sedrası
1 x.q. mandarin şirəsi
3-4 mandarin
şəkər tozu
1 yumurtanın sarısı

Hazırlanması:
Yumşaq yağı yumurta və şəkər pudrası ilə çalın, un, kokos yonqarı, sedra və şirə əlavə edib xəmir yoğurun. Kolbasa formasına salıb soyuducuda 1 saat saxlayın.

Mandarinləri 1-2 mm qalınlıqda doğrayın.

Xəmirdən qoz boyda kündələr tutun. Hər birini mandarin dilimi boyda yayın, üzərinə yumurta sarısı çəkin, doğranmış mandarin dilimi qoyub şəkər tozu səpin.

180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.

Nuş olsun!
BİZİ İZLƏYİN