• Küncütlü badımcan halqaları resepti

Reseptin məlumatları Baxış sayı: 13 171

Tarix : 4-07-2016, 09:00

Bölmə : Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 1-2


Tərkibi:
250 qr təmizlənmiş fənər balığı
1 diş sarımsaq ( əzilmiş )
fındıq böyüklüyündə rəndələnilmiş təzə zəncəfil
1/ 4 çay qaşığı qırmızı şirin bibər
1 çimdik cirə
duz
qara bibər
2 xörək qaşığı zeytun yağı

Badımcanlar üçün:
2 badımcan
4 xörək qaşığı soya sousu
4 xörək qaşığı zeytun yağı
1 xörək qaşığı susam yağı
50gr çörək qırıntıları
25gr küncüt
1 yumurta

Hazırlanması:
Fənər balıqlarını iri kublar halında doğrayın.
Bütün ədviyyatları qarışdırıb, balıqları bu qarışıqda 1 saat saxlayın.

Badımcanlar: bir qaba soya sousu və yağları qoyun, dilimlənmiş badımcanlar bu qarışıqda saxlayın.
Çörək qırıntıları və küncütü bir qabda qarışdırın.
Soya souslu badımcanları əvvəl çırpılmış yumurtaya sonra isə küncütlü qarışığa batırıb, qızardın.

Balıq: Tavanı istilədin, bir az yağ əlavə edin. Balıqları tək-tək tavaya qoyun və qızardın. 10 dəqiqə bişirin.
İstəsəniz yanına dörd hissəyə bölünmüş pomidorları, 1 diş əzilmiş sarımsaq, limon suyu və zeytun yağı ilə qarışdırın, doğranmış cəfəri isə üzərinə səpərək süfrəyə təqdim edə bilərsiniz .

Nuş olsun!
Etiketlər: qaşığı, xörək, zeytun, Badımcanlar, sousu, qırıntıları, qızardın, qarışdırın, saxlayın, qarışıqda, bibər, qoyun, sarımsaq, əzilmiş, Tavanı, istilədin, əlavə, tavaya, Balıqları, Balıq
BİZİ İZLƏYİN