• Toyuqlu krep resepti

Reseptin məlumatları Baxış sayı: 18 449

Tarix : 20-12-2014, 12:00

Bölmə : Toyuq yeməkləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 parça toyuq döş əti
2 diş sarımsaq
Duz
Qara bibər
Kəklikoğu
Kərə yağı
1 xörək qaşığı bibər rıçalı

Krep üçün:
1 stəkan un
2 yumurta
2 stəkan süd
1 çimdik duz
1 çay qaşığı maya

Hazırlanması:
Toyuq ətlərini qazanda azacıq bişirin və kiçik parçalara ayırın. Tavaya yağ tökün, toyuq tikələrini qızardın. Sous, duz, qara bibər, əzilmiş sarımsaq və kəklikotunu əlavə edin, qarışdırın, ocağı söndürün.

Böyük qabın içinə yumurtaları qoyun, südü tökün, un, maya və duzu əlavə edin, yumurta çalırmışsınız təki qarışdırın. Hazırladığınız qarışığı bir qədər "dincəldin".

Dibi yanmayan tavanı və ya krep tavasını odun üzərində qızdırın, tavanın ortasına yarım çay qaşığı yağ tökün.
Tavanı həərkət etdirərək yağı dağıdın və hazırladığınız qarışıqdan tavanın tam ortasına tökün. Daha sonra tavanı təkrar hərəkət etdirərək qarışığı tavanını dibinin hər yerinə yayın. Krepin hər iki tərəfi bişəndə başqa qaba qoyun.
Yerdə qalan qarışığı da eyni şəkildə bişirin.
Daha sonra kreplərin ortasına toyuq əti qarşıığı qoyaraq rulon formasında bükün, ortadan iki bölüb qaba düzün.

Nuş olsun!
Etiketlər: tökün, qaşığı, qarışığı, bibər, ortasına, toyuq, qarışdırın, bişirin, sonra, qoyun, etdirərək, yumurta, sarımsaq, əlavə, stəkan, tavanın, tavanı, hərəkət, tavanını, dibinin
BİZİ İZLƏYİN