• Qırmızı şərab souslu krevet resepti

Reseptin məlumatları Baxış sayı: 14 701

Tarix : 11-07-2016, 17:00

Bölmə : Balıq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4


Tərkibi:
1 kq jumbo krevet
3 xörək qaşığı zeytun yağı
6 diş sarımsaq (balaca sarımsaq tövsiyə edilir)
1 kq pomidor
1 su stəkanı qırmızı şərab
cəfəri, bir çimdik kəklikotu, nanə, qırmızı bibər
pivə

Hazırlanması:
Krevetləri bütöv olaraq yuyun və təmizləyin.
Sonra pivənin içinə qoyub 30 dəqiqə saxlayın.
Sarımsaqları xırda-xırda dilimləyin.
Pomidorların qabıqlarını soyub kub şəklində doğrayın.
Dərin bir tavaya zeytun yağını qoyun.
Sarımsaqları əlavə edin, 1 dəqiqəyə yaxın qarışdıraraq bişirin sonra pomidorları əlavə edin.
Bir neçə dəqiqə sonra pivədə saxladığınız krevetləri qarışığaəlavə edin.
Üzərinə bir su stəkanı qırmızı şərab əlavəedərək 30 dəqiqə bişirin.
Cəfəri yarpaqları ilə bəzəyib, süfrəyə təqdim edin.

Nuş olsun!
Etiketlər: dəqiqə, qırmızı, xırda, şərab, əlavə, sonra, bişirin, stəkanı, Sarımsaqları, sarımsaq, zeytun, yaxın, qarışdıraraq, jumbo, krevet, dəqiqəyə, qoyun, Dərin, doğrayın, tavaya
BİZİ İZLƏYİN