• Narıncı pəhriz

Reseptin məlumatları Baxış sayı: 3 860

Tarix : 7-06-2017, 11:00

Bölmə : Pəhriz (diet)


Narıncı rəng deyəndə ağla tez naringi, ərik, xurma, limon, yemiş, boranı, kök gəlir. Elə əslində ağlımıza düz gəlir. Çünki pəhriz də elə sarı, narıncı rəngli meyvə və tərəvəzlə bağlıdır.
Narıncı meyvə və tərəvəzin tərkibində böyük miqdarda beta-karotin var ki, bu da dərini hamarlaşdırır və ultrabənövşəyi şüalardan qoruyur, bundan başqa, mədə və bağırsağın işini yaxşılaşdırır. Mütəxəssislər də narıncı qidaları gündəlik qida rasionumuza daxil etməyimizi məsləhət görürlər. Çünki bu qidalar ürək-damar, xərçəng xəstəliyi riskini azaldır.

Pəhrizin menyusu
Birinci gün
Səhər yeməyi: sadə qəhvə, 1 ədəd portağal (armud və ya qreypfrut da ola bilər), 2 ədəd qaynadılmış yumurta

Nahar: sarı bolqar bibəri və pomidor salatı (8 ədəd suda isladılmış qara gavalı)

Şam: 1 ədəd portağal ( armud və ya sarı alma), 1 ədəd qaynadılmış yumurta.

İkinci gün
Səhər yeməyi: sadə qəhvə, 200 qr 1 %-li kəsmik

Nahar: portağal və 2 ədəd yumurtanın qayğanağı, bir az süd

Şam: 1 ədəd portağal (ya da alma), 1 stəkan kefir.

Üçüncü gün
Səhər yeməyi: 1 stəkan ballı və ya şəkərli tünd çay

Nahar: sarı bolqar bibəri, pomidor və xiyar salatı, 500 qr pendir, 1 ədəd portağal

Şam: 1 stəkan kefir və ya süd.

Dördüncü gün
Səhər yeməyi: 200 qr yulaf yarması, 1 ədəd qaynadılmış yumurta

Nahar: 1 ədəd pomidor, 300 qr suda bişmiş balıq

Şam: 2 ədəd istənilən sarı meyvə

Qeyd edək ki, narıncı meyvə-tərəvəz əhval-ruhiyyəni yüksəldir, insana enerji verir və susuzluq hissini aradan qaldırır.

Yuxarıda da qeyd etdiyimiz kimi, pəhriz 4 gün davam edir. Bu 4 gün ərzində yeməklərarası heç bir əlavə qida qəbul etmək olmaz. Çünki bu halda istənilən nəticəni əldə etmək çətinləşər. Pəhrizin nəticəsində 2-3 kiloqram çəki atmaq mümkündür.
Etiketlər: portağal, meyvə, Səhər, narıncı, Nahar, yeməyi, stəkan, yumurta, pomidor, Çünki, qaynadılmış, Narıncı, qəhvə, bolqar, salatı, etmək, istənilən, kefir, Pəhrizin, bibəri
BİZİ İZLƏYİN