• Çatal resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 754

Tarix : 28-07-2014, 02:56

Bölmə : Duzlu xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi (20 pay):
2 armudu st. bitki yağı
0,5 armudu st. şəkər tozu
1 armudu st. qatıq
1 yumurta
1 x.q. mahlep
1 ç.q. soda
1 ç.q. duz
125 q marqarin
3,5 su st. un

Üzərinə:
1 yumurtanın sarısı
çörəkotu

Hazırlanması:
Bitki yağı və şəkər tozunu mikserdə yaxşıca çalın. Qatıq və yumurtanı əlavə edib çalın. Mahlep, soda və duzu əlavə edin. Otaq temperaturundakı marqarini də əlavə edin, ələ yapışmayan hala gələnədək xəmir yoğurun.

Xəmirdən qoz boyda kündələr tutun. Bunları əlinizlə 10 sm uzunluqda şəridlər halına gətirin. 3 şərid götürüb bir ortada düz, digərləri isə yanlara tərəf əyri olmaqla baş və ayaq tərəflərdə birləşdirin. Digərlərini də eyni qaydada hazırlayın.
Çatal resepti - FOTO RESEPT


Çatalları yağlanmış siniyə düzün. Üzərinə yumurta sarısı çəkib çörəkotu səpin.
[/center]

Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.
[center]Çatal resepti - FOTO RESEPT

Çatal resepti - FOTO RESEPT

Çatal resepti - FOTO RESEPT

Çatal resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: armudu, əlavə, sarısı, çörəkotu, Üzərinə, çalın, yumurta, şəkər, tərəflərdə, olmaqla, Digərlərini, qaydada, tərəf, birləşdirin, digərləri, şərid, gətirin, götürüb, ortada, hazırlayın
BİZİ İZLƏYİN