• Pizza xəmiri resepti

Reseptin məlumatları Baxış sayı: 15 210

Tarix : 9-04-2017, 21:00

Bölmə : Duzlu xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Xatirə


Tərkibi:
1.5 stəkan süd
1.5 stəkan ilıq su
0.5 stəkan duru yağ
1 ç.q şəkər tozu
1 x.q duz
2 kiçik paket maya vəya yaş maya
1 ədəd yumurta
götürdüyü qədər un (təxminən 1 kiloya yaxın un gedir)

Hazırlanması:
Bir qaba mayanı, şəkəri və ilıq südü əlavə edib qarışdırırıq və 5-10 dəq gözləyirik. Qabarmış mayanın içinə duru yağ, yumurta və duzu əlavə edib qarışdırırıq.

Üzərinə az az ələnmiş un əlavə edib yapişqan olmayan yumşaq xəmir yoğururuq. Sonra üzərini klok ilə örtüb 45 dəq və ya 1 saat arası xəmirin gəlməyini gözdüyürük. Xəmir gərək özünün iki qatı qabarsın. Sonra xamiri 3-4 kündəyə ayırıb 10-15 dəqiqədə bu cür gözləyirik. Gözlətdiyimiz kündələri iatədiyimiz incəlikdə taxtanın üzərində əlimizlə açırıq və budur pizza xəmiri hazırdir. İstəsəniz xəmiri 1 gün əvvəlcədəndə hazırlayıb ertəsi gün istifadə edə bilərsizniz.

Nuş olsun!
Etiketlər: əlavə, stəkan, qarışdırırıq, Sonra, xəmiri, gözləyirik, yumurta, kündəyə, ayırıb, Gözlətdiyimiz, kündələri, dəqiqədə, istifadə, özünün, gərək, bilərsizniz, qabarsın, xamiri, iatədiyimiz, taxtanın
BİZİ İZLƏYİN