• Pita çörəyi resepti

Reseptin məlumatları Baxış sayı: 6 229

Tarix : 21-04-2017, 14:00

Bölmə : Duzlu xəmir işləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : ZulyaKitchen


Tərkibi:
1 su st ilıq süd
1 paket quru maya (10 qr-lıq)
1 yemek qaşığı şəkər
Yarım su st ilıq su
Yarım su st qatıq
1 çay qaşığı duz
2-3 yemek qaşığı duru yağ
Təxminən 5- 6 stəkan un.

Hazırlanması:
İlk öncə ilıq südə (istiyə yaxın ama çox isti olarsa maya çürüyər) maya və şəkəri əlavə edib mayanın aktivləşməsi üçün 10 dəq gözləyək.Sonra mayalanmış südə su+yağ+qatıq+ duz + yavaş yavaş unu əlavə edib yoğuraq və 50 dəq mayalanmaı üçün kənara qoyaq.
Mayalanan xəmirdən toplar ayıraq və oxlovla nə nazık nə də çox qalın olmamaq şərtilə açaq (1,5 sm) soba qabına düzək.Əvvəlcədən qızdırılmış sobada 250 dərəcədə bişirək.Gözünüz sobada olsun çünki 5-6 dəqiqəyə bişirlər. Evdə bu çörəkləri burger kimi istifadə edin (içi boş olduğu üçün praktikdi) dadından doymayacaqsız deyim biləsiz.

Nuş olsun!
Etiketlər: qaşığı, qatıq, əlavə, sobada, Yarım, yemek, yavaş, dərəcədə, bişirək, Gözünüz, düzək, şərtilə, olmamaq, qabına, olsun, Əvvəlcədən, qızdırılmış, çörəkləri, dadından, praktikdi
BİZİ İZLƏYİN