• Çaputaşı resepti

Reseptin məlumatları Baxış sayı: 13 945

Tarix : 12-08-2014, 19:00

Bölmə : Ət yeməkləri / Aş - Plov

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
10 təzə tənək yarpağı
250 q quzu əti
2 x.q. bitki yağı
1 st. düyü
1,5 st. su (və ya bulyon)
duz

Hazırlanması:
Tənək yarpaqlarını xırda doğrayın.

Bir qazanı yarısınadək su ilə doldurub yarpaqları və bitki yağını əlavə edin. Yarpaqlar yumşaldıqdan sonra suyunu süzün.

Quşbaşı doğranmış əti qazana qoyun. Suyunu salıb özünə çəkincəyədək qovurun. Düyünü yuyub ətə əlavə edin. 1,5 st. su və ya bulyon, duz əlavə edin. Qaynara düşəndə ocağı azaldın. Suyunu çəkənə qədər bişirin.

Plovu ocaqdan götürüb bişmiş tənək yarpaqlarını əlavə edin, taxta qaşıqla qarışdırın. Qazanın ağzına qalın kağız salfet çəkin, qapağı ağzına qoyun. 10 dəqiqə saxlayandan sonra boşqablara çəkə bilərsiniz.

Süfrəyə qatıqla verin.

Nuş olsun!
Etiketlər: əlavə, yarpaqlarını, ağzına, Suyunu, qoyun, sonra, bitki, tənək, bulyon, Qazanın, qaşıqla, qarışdırın, ocaqdan, qədər, çəkənə, bişirin, Plovu, bişmiş, götürüb, taxta
BİZİ İZLƏYİN