• Kartof blinləri resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 372

Tarix : 6-11-2014, 14:00

Bölmə : Foto reseptlər / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
5 ortaboy kartof
250-300 ml süd
250-300 q un
3-4 diş sarımsaq
3 yumurta
1 x.q. şəkər tozu (üstsüz)
3+2 x.q. bitki yağı
duz
göyərti - zövqə görə

Hazırlanması:
Kartofları soyub yuyun, 4 bölüb üzərini örtənə qədər su tökün, duz vurun, hazır olanadək bişirin. Azca soyuyandan sonra içində bişdiyi su ilə birlikdə blenderdə sıyıq halına gələnədək xırdalayın.

Kartofa əzilmiş sarımsaq, yumurta, un, qaynanmış süd, 3 x.q. bitki yağı, 1 ç.q. duz, 1 x.q. şəkər tozu əlavə edib yaxşıca qarışdırın. Xəmiri 20-30 dəqiqə isti yerdə saxlayın.
Kartof blinləri resepti - FOTO RESEPT


Qızdırılmış tavada az-az bitki yağı əlavə etməklə qızardın. Xəmiri bütün tavanın diametri ilə yaymayın, bir az kiçik olsun, çünki böyük blini çevirəndə parçalanır. Bir üzü tam bişəndən sonra çevirin. Göyərtini ya xəmirə qata, ya da xəmiri tavaya yayandan sonra üzərinə səpə bilərsiniz.
Kartof blinləri resepti - FOTO RESEPT

Kartof blinləri resepti - FOTO RESEPT

Kartof blinləri resepti - FOTO RESEPT

Kartof blinləri resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: bitki, sonra, şəkər, əlavə, Xəmiri, olsun, yumurta, sarımsaq, qızardın, bütün, tavanın, etməklə, diametri, saxlayın, qarışdırın, yaxşıca, dəqiqə, yerdə, Qızdırılmış, yaymayın
BİZİ İZLƏYİN