• Şaftalı mürəbbəsi resepti

Reseptin məlumatları Baxış sayı: 34 077

Tarix : 2-04-2018, 12:00

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban (azerifoodie)


Tərkibi:
1 kq şaftalı
1kq şəkər
1 st su
yarım limon

Hazırlanması:
Şaftalının qabığını soymaq, dilimlərə bölmək. Mən cıqqılı dilimlərə bölürəm, muncux kimi
Mürəbbə dilimləri incə və xırda olanda süfrədə göyçək görsənir.
Su və şəkərlə şirə hazırlayıram, şirə qaynayan kimi meyvəni tökürəm və gözləyirəm. Elə ki qaynamaya başladı, vaxtı tuturam, tam 15 dəq ənnn güclü odda qaynadıram. Uzağa getməyin, axar - daşar.
Axır 5dəq qalanda xırda doğradığım limon dilimləri tökürəm.
Kəfini mütləq yığın. Vaxt tamam olanda ocağı söndürürəm, bir gecə şirədə qalır, bankalara tökürəm.

Nuş olsun!
BİZİ İZLƏYİN