• Ağ gilas mürəbbəsi resepti

Reseptin məlumatları Baxış sayı: 2 977

Tarix : 28-09-2018, 12:00

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kilo ağ gilas
700 qr şəkər tozu (üstünü örtəcək qədər)

Hazırlanması:
Yuduğunuz gilasların dənəsini çıxarıb ləyənə tökün. Üzərinə şəkər tozunu əlavə edin. Bir gecə soyuducuda saxlayandan sonra səhərisi gün vam odda şəkər tozu əriyib gilaslar yumşalana qədər bişirin. Yumşalan gilasları çox dağılmaması üçün iri kəfkirlə başqa bir qaba yığın. Şərbətini isə 10 dəqiqə qaynadın. Sonra gilasları əlavə edib 3-4 dəqiqə bişirərək ocağı söndürün. İsti-isti bankalara yığıb ağzını möhkəm bağlayın.

Tövsiyə: Mürəbbəni bişirərkən içinə portağal, limon qabığı da rəndələyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: şəkər, əlavə, dəqiqə, qədər, gilasları, söndürün, bankalara, yığıb, ağzını, ocağı, bişirərək, Şərbətini, gilas, qaynadın, Sonra, möhkəm, bağlayın, qabığı, rəndələyə, bilərsiniz
BİZİ İZLƏYİN