• Gül mürəbbəsi resepti

Reseptin məlumatları Baxış sayı: 80057

Tarix : 10.07.2014, 23:57

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Qızılgül ləçəkləri — 100 q
şəkər — 900q
limon duzu — 2q

Hazırlanması:
Ləçəklər soyuq su ilə yuyulur, dəsmalın üzərinə sərilir və suyu çəkilənə qədər qurudulur. Mürəbbəni bişirmək üçün öncə şirə hazırlanır. Bu məqsədlə 1 kiloqram şəkərə 1 stəkan su əlavə olunur və odun üstündə qaynadılır.

Şirə qaynadıqca kəfi yığılır və sonra ona gül ləçəkləri əlavə olunur. Nəzərə alınmalıdır ki, bir kiloqram şəkərdən hazırlanmış şirəyə 100 qram gül ləçəyi əlavə edilməlidir. Elə ki, mürəbbə qaynağa düşdü, götürüb 12 saatlığa kənara qoyulur.

Sonra onu yenidən qaynamağa qoyurlar. Mürəbbənin çəhrayı kəfi yığılır, 20-25 dəqiqiə ərzində mütəmadi olaraq qarışdıra-qarışdıra bişirilir. Şirə qatılaşanda ona 2 çay qaşığı limon şirəsi, yaxud yarım çay qaşığı quru limon turşusu əlavə edilir. Bundan sonra bozumtul çəhrayı şirə bir andaca şəffaflaşır. Mürəbbə daha 2-3 dəqiqə də qaynadılır və steril qablara yığılıb, ağzı bağlanılır.

Nuş olsun!

Etiketlər: əlavə, limon, olunur, çəhrayı, qaynadılır, qarışdıra, yığılır, qaşığı, sonra, kiloqram, ləçəkləri, mütəmadi, ərzində, olaraq, dəqiqiə, bağlanılır, yığılıb, olsun, Sonra, qoyulur
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
GUNAY_EHMEDOVA
BIWIRMISEM YAXSI ALINMAYIB.BUNUDA DENEYECEM INSALLAH
30 iyul 2014 22:58
3
Offline
heyatin 1ani
men de belece biwirirem cox gozel rengi cixir tewekurler cadu
21 iyul 2014 19:33
2
Offline
gulnar
men ozum olurem gul murebbesinden otru.amma biwire bilmirem.
12 iyul 2014 14:07
1
BİZİ İZLƏYİN




Yandex.Metrica