Tərkibi:Təmizlənmiş badımcan — 1 kq
Şəkər tozu — 1,5 kq
Limon duzu — 1,5 q
Vanilin — 0,5 q
Hazırlanması:Mürəbbə bişirmək üçün 3-4 günlük xırda badımcanlar götürülür. Saplağı kəsilir, qabığı soyulur və 5-6 saat soda məhlulunda saxlanılır.
Sonra badımcanlar yuyulur, bir neçə yerdən deşdəklənir, üzərinə qaynar şərbət tökülüb 8-10 saat saxlanılır.
İkinci gün şərbət süzülür, qaynadılır və badımcanların üstünə tökülür.
Üçüncü gün əməliyyat təkrar edilir və 6-8 dəqiqə badımcanlar şərbətdə bişirilir.
Dördüncü gün isə mürəbbə hazır olana kimi bişirilir, limon duzu və vanilin əlavə olunur.
Nuş olsun!
Etiketlər: badımcanlar, saxlanılır, şərbət, bişirilir, Üçüncü, əməliyyat, təkrar, üstünə, süzülür, İkinci, qaynadılır, badımcanların, edilir, tökülür, şərbətdə, vanilin, əlavə, olunur, olsun, limon