• Xamada sırnik resepti

Reseptin məlumatları Baxış sayı: 14 067

Tarix : 22-11-2014, 11:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q kəsmik
4-5 yumurta
2 ç.q. duz
0,5 ç.q. soda
3-4 x.q. un
bitki yağı
100 q kərə yağı
500 q xama

Hazırlanması:
Kəsmiyin içinə yumurta, duz və soda vurub qarışdırın. Un səpib xəmir yoğurun. Xəmir ələ yapışmalıdır. Un səpilmiş taxtanın üstündə xəmiri kolbasa formasına salın. Bıçaqla təxminən 1 sm-lik hissələrə bölün. Tavada bitki yağını qızdırın. Sırnikləri o üz-bu üz qızardın. Sonra götürüb çuqun qaba yığın. Üstünə xama, kərə yağı tökün, 10-15 dəqiqə vam odda bişirin (xama qatılaşana qədər).

Nuş olsun!
Etiketlər: bitki, yumurta, Sırnikləri, qızardın, Sonra, qızdırın, Tavada, hissələrə, bölün, götürüb, yağını, yığın, qatılaşana, qədər, olsun, bişirin, dəqiqə, təxminən, Üstünə, tökün
BİZİ İZLƏYİN