• Noxudlu oladi resepti

Reseptin məlumatları Baxış sayı: 14 479

Tarix : 15-03-2016, 10:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
200 q noxud
1 soğan
1 yumurta
1,5 st. un
1 x.q. xama
qara istiot
duz

Hazırlanması:
Noxudu yuyun, 4-5 saat suda saxlayın, sonra yumşalıncayadək bişirin.
Ocaqdan götürüb soyudun. Blenderlə xırdalayın.
Baş soğanı xırda doğrayıb, bitki yağında qızılı rəng alanadək qovurun.
Noxuda soğanı, yumurta, xama, un, duz və istiot əlavə edib qarışdırın.
Bu xəmirdən xörək qaşığıyla götürüb qızdırılmış bitki yağına salın, hər iki üzünü qızardın.
Salfetin üstünə düzüb yağını çəkməsini gözləyin.

Nuş olsun!
Etiketlər: götürüb, soğanı, istiot, bitki, yumurta, qaşığıyla, qızdırılmış, yağına, Noxuda, xörək, qarışdırın, əlavə, xəmirdən, üzünü, yağını, çəkməsini, gözləyin, olsun, düzüb, üstünə
BİZİ İZLƏYİN