• Çikaqo pizza-piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 14 879

Tarix : 12-12-2015, 11:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
xəmir:

650 ml su
7 q quru maya
1 x.q. şəkər tozu
1 çimdik duz
1 kq un

tomat sousu:
2 diş sarımsaq
1 çimdik quru oreqano
400 q öz şirəsində konservləşdirilmiş pomidor
duz, istiot - zövqə görə

iç:
3 baş qırmızı soğan
4 sardelka
1 ç.q. hisə verilmiş paprika
1 ç.q. şüyüd toxumu
300 q yaxşı əriyən pendir (məsələn, çedder)
2 marinə edilmiş çili istiotu
200 q bişmiş ət (istənilən)
zeytun yağı
narın suxarı

Hazırlanması:
Diametri 25 sm olan, kənarları hündür 4 forma lazım olacaq.
Ləyəndə ilıq su, maya, şəkər tozu və duzu qarışdırın.
Mətbəx kombaynına unu tökün, mayalı suyu əlavə edib yaxşıca qarışdırın.
Masanın üzərinə un səpin, xəmiri qoyub ətləyin. Xəmir elastik olmalı, ələ yapışmamalıdır.
Xəmiri içinə un səpilmiş ləyənə qoyub üzərinə dəsmal çəkin. 2 saat isti yerdə saxlayın. Həcmi iki dəfə artmalıdır.
Tomat sousu üçün olan ərzağı blenderdə eynicinsli kütlə alınanadək xırdalayın.
Formaları zeytun yağı ilə yağlayın. Narın suxarı səpin.
Gəlmiş xəmiri 4 yerə bölün. Kündə tutun. Yayın, yaxud əlinizlə formanın ölçüsündə enlədin. Xəmiri formaya döşəyib orada daha 15-20 dəqiqə saxlayın.
Xəmirin üzərinə tomat sousu çəkin. Üzərinə dilimlənmiş sardelka, ət tikələri, xırdalanmış çili, əlinizlə ovduğunuz pendir, nazik halqa doğranmış soğan düzün. Şüyüd toxumunu hisə verilmiş paprika ilə birlikdə həvəngdə döyün, pizzaların üzərinə səpin.
190 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: üzərinə, sousu, səpin, dəqiqə, əlinizlə, zeytun, pendir, paprika, qarışdırın, saxlayın, qoyub, çəkin, xəmiri, verilmiş, Xəmiri, suxarı, çimdik, tomat, sardelka, şəkər
BİZİ İZLƏYİN