• Pirojki resepti

Reseptin məlumatları Baxış sayı: 34 008

Tarix : 7-04-2017, 17:00

Bölmə : Qəlyanaltılar / Xəmir işləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Xatirə


Tərkibi:
Xəmir üçün:
4 stəkan un
4 x.q yağ
2.5 x.q şəkər
1.5 stəkan süd və ya su
4 yumurta
20 q maya
0.5 ç.q duz
300 q qızartmaq üçün bitki yağı
içlik ya ətlə ya da kartof puresi ilə olur, onun qədəri də xəmirə görə müəyyənləşdirilir.

Hazırlanması:
Pirojki ətli və kartoflu olur. Hər ikisi üçündə eyni xəmir hazırlanır.

Qazana 30-40 C tepraturda qızdırılmış süd və ya su, əvvəlcədən bir az isti süd və şəkərlə qoyulmuş maya, yumurta, duz və şəkər tökülüb qarışdırılır. Üzərinə ələnmiş un əlavə edilib xəmir yoğrulur. Yoğrulub qurtarmağa az qalmış xəmirə yumşaldılmış yağ qatılıb yenidən yoğrulur. Sonra biraz un səpilib üstüörtülür və 3-3.5 saat isti yerə qoyulur. Xəmir acıyandan sonra kündələrə bölünür və diametri 10 sm ölçüsündə dairə formasında 2 mm qalınlığında yayılır. Arasına iç qoyulur və qıraqları bərkidilir. Bitişik yeri aşağı olmaqla dağ olunmuş bol bitki yağında (yarı bitki, yarı ərinmiş yağ götürüldükdə daha yaxşı olur) qızardılır.

Pirojkini soyuq yağa qoyduqda onun keyfiyyəti pisləşir.

İç hazırlamaq üçün: ət maşından keçirilir, yağ-soğan hazırlanır, ət onun içinə tökülür və qızardılır.

Hazır qiymənin içinə xırda xırda doğranmış yumurta, göyərti, duz və istiot əlavə edilir. İç bişmiş ətdən də hazırlana bilər.

Kartoflu iç hazırlamaq üçün kartof soyulur və bişirilir, bişəndən sonra suyu boşaldılır və isti isti əzilir, içinə yağda qızardılmış soğan, istiot və duz əlavə olunub qarışdırılır.

Nuş olsun!
Etiketlər: bitki, əlavə, içinə, yumurta, xəmir, yoğrulur, istiot, qarışdırılır, qoyulur, qızardılır, sonra, hazırlanır, hazırlamaq, soğan, xırda, stəkan, xəmirə, şəkər, kartof, soyuq
BİZİ İZLƏYİN