• Valenciana resepti

Reseptin məlumatları Baxış sayı: 2 442

Tarix : 21-04-2018, 18:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 baş soğan,
3-4 diş sarımsaq,
2 ədəd şirin bibər,
yarım acı bibər,
2-3 ədəd kök,
yarım dəstə keşniş,
2-3 pomidor,
dana əti,
1 kasa yumru düyü,
qırmızı və qara istiot,
sarıkök, duz,
quru nanə, zirinc,
limon suyu

Hazırlanması:
Əvvəlcə soğan, sarımsaq, şirin bibər, acı bibər, kök, keşniş və pomidor xırdaca doğranılır. Ətlərimizi isə kub-kub doğrayıb, əvvəlcədən qaynadırıq ki, kəfi çıxsın. Kəfini süzüb, suyunu isə atmırıq. Sonra yağda soğanı, ardınca əti qovururuq. Üzərinə kök, bibər, göyərti və pomidoru əlavə edirik. Ədviyyat vurub, qarışdırırıq. Turşməzə dad üçün zirinc əlavə edə və ya pomidorun sayını artıra bilərsiniz. Nəhayət içlik 10-15 dəqiqə qovrulduqdan sonra yuyulmuş 1 dolu kasa yumru düyü əlavə edirik. Üzərinə çıxınca su (həmçinin bayaqki ət suyumuzu) tökürük. Tam suyu çəkildikdən sonra təmiz dəsmala büküb dəmlənməyə buraxırıq. Süfrəyə veriləndə isə üstünə limon sıxılır.

Nuş olsun!
Etiketlər: bibər, əlavə, limon, zirinc, soğan, Üzərinə, yumru, sonra, edirik, şirin, sarımsaq, keşniş, yarım, pomidor, dəqiqə, qovrulduqdan, artıra, yuyulmuş, içlik, Nəhayət
BİZİ İZLƏYİN