• İspanaqlı-pendirli piroq resepti

Reseptin məlumatları Baxış sayı: 18 225

Tarix : 25-08-2014, 23:00

Bölmə : Quru yeməklər / Börəklər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 x.q. zeytun yağı
250 q ispanaq
125 q kəsmik
3 yumurta
1/4 st. sürtgəcdən keçirilmiş parmezan pendiri
göy soğan
2 x.q. xırda doğranmış cəfəri
2 x.q. sidr qozası
1 ç.q. muskat cevizi
iki lay hazır xəmir

Hazırlanması:
Sobanı 200 dərəcə C-dək qızdırın. Siniyə perqament döşəyin.

Tavada yağ qızdırın. İspanağı iki dəqiqə orta itilikli odda qovurun (tavanın qapağını örtün). İspanağın buraxdığı suyu süzün, ispanağı bir ləyənə yığın.

Yumurta, parmezan pendiri, kəsmik, göy soğan, cəfəri, azca qovrulmuş sidr qozası və muskat cevizi əlavə edin. Zövqünüzə görə duzlayın, qarışdırın.

Hazır xəmiri kvadratlara bölün. Ortasına iç qoyun. Xəmirin kənarlarına yumurta çəkin, sonra üçbucaq kimi qatlayıb kənarlarını bərkidin. Qaynar siniyə yığın, üzərinə yumurta çəkin, zövqə görə küncüt və ya çörəkotu səpin. (Başqa cür də edə bilərsiniz: hazır xəmiri şəridlərə bölün, içinə iç qoyub borucuq kimi bükün, sonra bu borucuqları spiral kimi siniyə düzün).

Təxminən 20 dəqiqə, üstü qızılı rəng alanadək bişirin. Süfrəyə isti-isti verin.

Nuş olsun!
Etiketlər: yumurta, hazır, cevizi, qozası, cəfəri, sonra, qızdırın, dəqiqə, siniyə, yığın, çəkin, muskat, xəmiri, bölün, parmezan, pendiri, soğan, kəsmik, qoyun, zövqə
BİZİ İZLƏYİN