• Sadə zirincli plov resepti

Reseptin məlumatları Baxış sayı: 21 937

Tarix : 26-09-2016, 09:00

Bölmə : Quru yeməklər / Aş - Plov / Tərəvəz yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
400 q düyü
4 yerkökü
3 baş soğan
100 ml bitki yağı
qırmızı istiot
qara istiot
duz
2 diş sarımsaq
1 x.q. zirinc

Hazırlanması:
Qazana yağ töküb ocağa qoyun. Soğanı yarımhalqa, yerkökünü saman kimi doğrayın. Soğanı qızılı rəng alanadək qovurun. Sonra yerkökü əlavə edib daha 5 dəqiqə bişirin. Su tökün, duz, istiot vurun, zirinc, düyü əlavə edin. Düyünü hamarlayıb bir neçə yerindən sarımsaq dişlərini «basdırın».
İti odda, düyü suyu çəkənəcən bişirin. Sonra düyünü qazanın ortasına təpəcik yığın, bir neçə yerindən taxta qaşığın qulpu ilə deşik açın. Qazanın ağzını kip örtün, vam odda 20 dəqiqə dəmləyin.

Nuş olsun!
Etiketlər: istiot, Soğanı, Sonra, əlavə, yerindən, bişirin, zirinc, dəqiqə, sarımsaq, yerkökü, qazanın, təpəcik, düyünü, ortasına, çəkənəcən, dişlərini, «basdırın», yığın, qaşığın, örtün
BİZİ İZLƏYİN