• Qoyun əti ilə zirincli plov resepti

Reseptin məlumatları Baxış sayı: 13738

Tarix : 15.09.2014, 21:00

Bölmə : Quru yeməklər, Aş - Plov

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 8-10




Tərkibi:
1 kq düyü
1 kq qoyun əti
600 q yerkökü
500 q baş soğan
300 q quyruq yağı
1 x.q. zirinc
qara istiot
duz

Hazırlanması:
Qoyun ətini xırda doğrayın, üstünə zirinc, qara istiot, duz səpin. Dərin tavada, yaxud qazanda quyruğu əridin, əti əlavə edib qovurun (istəyə görə əlavə yağ da vura bilərsiniz). Qəhvəyi rəng alanadək qovurun. Sonra saman kimi doğranmış yerkökü əlavə edin, qovrulduqdan sonra yarımhalqa doğranmış soğan əlavə edin. Rəngi dönəndə su tökün. Qaynayanda düyünü əlavə edin. Tavanın (qazanın) ağzını örtün, dəmləyin.
Qoyun əti ilə zirincli plov resepti


Nuş olsun!
Etiketlər: əlavə, istiot, doğranmış, zirinc, qovurun, yerkökü, soğan, sonra, Rəngi, yarımhalqa, qoyun, Sonra, saman, dönəndə, qovrulduqdan, Qaynayanda, örtün, dəmləyin, olsun, ağzını
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN