• Dana əti Vellinqton resepti

Reseptin məlumatları Baxış sayı: 318

Tarix : 24.03.2018, 12:00

Bölmə : Quru yeməklər, Ət yeməkləri, Souslar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : barakat.az


Tərkibi:
can əti,
göbələk,
vetçina,
xardal,
filo xəmiri,
yumurta,
sarımsaq,
çerri pomidorları,
ədviyyatlar qarışığı

Hazırlanması:
1.Sobanı 200 dərəcəyədək qızdırın. Buz dolabından filo xəmirini çıxardın.

2.Gğbələkləri yuyun, iri doğrayın və blender və ya çəngəl ilə krem halına gətirin. Öz zövqünüzə görə duz və istiot əlavə edin. Tavanı yüksək odda qızdırın, yağ əlavə edin və alınmış göbələk kremini tavaya tökün. Artıq suyun çəkilməsi üçün 2 dəqiqə ərzində qarışdıraraq hazırlayın. Pasta hazır olduqdan sonra onu kənara qoyun.

3.Əti duz və istiotla marinə edin. Başqa bir tavanı qızdırın, zeytun yağı əlavə edin, əti tavaya qoyun və üzü qızaranadək hər tərəfdən 1-2 dəqiqə ərzində qızardın. Əti tavadan çıxardın və soyumasını gözləyin və daha sonra xardal ilə hər tərəfdən sürtün.

4.İş masanıza un səpələyin, xəmiri açın və bir istiqamətdə yüngülvari oxluqla açın (3-4 dəfədən çox olmadan). Daha sonra bütün xəmirin üzərinə vetçinanı düzün. Qaşıq vasitəsilə göbələk pastasını vetçinanın üzərinə sürtün. Sonra xəmirin əvvəlinə vetçinanın üzərinə əti yerləşdirin və rulet şəkilində bükün.

5.Xəmirin başlarını bükün, qıraqlarını bağlayın və yumurtanın sarısını üzərinə sürtün. Ruleti 20 dəqiqəlik sobaya qoyun, dərəcəsini 180-da qədər azaldın. Mütəmadi yoxlayın ki, rulet üzü yanmasın.

6.Hazır ruleti doğranma masasında bıçaqla kəsin və boşqaba qoyun. Öz zövqünüzə görə çerri pomidorları ilə bəzəyin.

Nuş olsun!

Etiketlər: qoyun, üzərinə, göbələk, əlavə, sonra, qızdırın, sürtün, dəqiqə, çıxardın, xardal, vetçinanın, zövqünüzə, xəmiri, çerri, bükün, tərəfdən, ərzində, pomidorları, tavaya, xəmirin
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica