• Vellinqton tartı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 707

Tarix : 2-10-2014, 20:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300 q mal əti
duz
istiot
4 ç.q. zeytun yağı
un
1 lay yağlı, qat-qat xəmir
1 x.q. kərə yağı
120 q şampinyon
2 ç.q. təzə kəkotu
1 sarımsaq
0,5 st. bəyaz şərab
1/4 st. qaraciyər paşteti

Hazırlanması:
Sobanı 200 dərəcəyədək qızdırın.

Sümüksüz mal ətini duzlayıb-istiotlayın. Tavada zeytun yağını qızdırın. Ətin hər üzünü 1 dəqiqə olmaqla qovurun. Sonra sobaya qoyub 8-9 dəqiqə bişirin. Çıxarıb boşqaba qoyun.
Vellinqton tartı resepti - FOTO RESEPT


Tart: Masaya azca un səpin. Üstünə yağlı, qat-qat xəmiri qoyun (buzludursa, əvvəldən donunu açın), azca yayın, çox qalın olmasın. 4 yerə bölün. Hər kvadratı içinə perqament döşənmiş siniyə qoyun. Soyuducuda 15 dəqiqə saxlayın. Sonra çıxarıb sobada 10 dəqiqə bişirin. Temperaturu 190 dərəcəyə endirin və daha 10 dəqiqə, yaxud qızılı rəng alanadək bişirin.
Vellinqton tartı resepti - FOTO RESEPT


Kərə yağını tavada əridin, 2 ç.q. zeytun yağı əlavə edin. Göbələyi, kəkotunu, xırda doğranmış sarımsağı əlavə edib təxminən 8 dəqiqə bişirin. Bəyaz şərab əlavə edib 1-2 dəqiqə bişirin. Qaraciyər paşteti əlavə edin, ocağı azaldın. Paştet əriyən kimi ocaqdan götürün.
Vellinqton tartı resepti - FOTO RESEPT


Bişmiş mal ətini doğrayın, tartların üstünə düzün, üstünə göbələkli-souslu paşteti əlavə edin. Süfrəyə qarnirlə, yaxud da qarnirsiz verə bilərsiniz
Vellinqton tartı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: dəqiqə, əlavə, bişirin, qoyun, paşteti, zeytun, üstünə, ətini, yağını, qızdırın, şərab, yaxud, yağlı, Sonra, təxminən, xırda, kəkotunu, doğranmış, sarımsağı, tavada
BİZİ İZLƏYİN