• Lobya paşteti resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 23 736

Tarix : 10-03-2016, 19:00

Bölmə : Quru yeməklər / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
400 q qırmızı lobya
200 q qoz
3-4 diş sarımsaq
duz
qara istiot
üyüdülmüş keşniş toxumu
paprika
150 q yumşaldılmış yağ

Hazırlanması:
Lobyanı artlayıb yuyun, bir gecə soyuq suda saxlayın. Sabahı gün suyunu süzüb təzə su tökün, yumşalınca qaynadın.

Lobyanın qaynadığı sudan 1 stəkan ayırıb saxlayın. Qalanını süzün, gərək olmayacaq. Blenderdə lobya, qoz, ədviyyat, sarımsaq və duzu eynicinsli kütlə alınanadək xırdalayın. Əgər quru alınsa, ayırdığınız lobya suyundan az-az əlavə edin.

Alınan püreni qida plyonkasının üzərinə 1 sm qalınlıqda yayın. Üzərinə yumşaldılmış yağı bərabər şəkildə yayın. Plyonkanın köməyilə rulet kimi bükün. Çox möhkəm sıxmadan plyonkaya büküb soyuducuda 2 saat saxlayın.

Lobya paşteti resepti - FOTO RESEPT

Lobya paşteti resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: lobya, saxlayın, yayın, yumşaldılmış, sarımsaq, Alınan, püreni, plyonkasının, qalınlıqda, üzərinə, əlavə, ayırdığınız, alınanadək, kütlə, xırdalayın, alınsa, eynicinsli, suyundan, bərabər, sıxmadan
BİZİ İZLƏYİN