• Lobya paştetindən rulet resepti

Reseptin məlumatları Baxış sayı: 9726

Tarix : 9.08.2014, 22:43

Bölmə : Qəlyanaltılar

Mətbəx : Rus mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
400 q lobya
200 q qoz
3-4 diş sarımsaq
duz
üyüdülmüş keşniş toxumu
qara və qırmızı istiot
150 q yumşaq kərə yağı

Hazırlanması:
Lobyanı artlayıb yuyun, bir gecə soyuq suda saxlayın.

Sabahı gün suyu süzün, yeni su əlavə edib orta itilikdə ocaqda hazır olanadək bişirin, soyudun.

Lobyanın qaynadığı suyun 1 stəkanını saxlayın, qalanını atın.

Bişmiş lobyanı, qozu, sarımsağı, duzu, qara və qırmızı istiotu, keşniş toxumunu blenderdə xırdalayın. Quru alınsa, tədricən ayırdığınız lobya suyundan əlavə edin (təxminən 0,5 st. lazım olacaq).

Masanın üstünə qida plyonkası çəkin, üzərinə lobya püresini 1 sm qalınlıqda döşəyin. Üzərinə yumşaldılmış yağ çəkin, qida plyonkasının köməyilə rulet kimi bükün, elə həmin plyonkayla birlikdə soyuducuya qoyub iki saat saxlayın.

Nuş olsun!

Etiketlər: saxlayın, lobya, qırmızı, çəkin, əlavə, keşniş, üstünə, Masanın, plyonkası, olsun, üzərinə, olacaq, təxminən, tədricən, alınsa, ayırdığınız, suyundan, püresini, lazım, döşəyin
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica