• Krevetkalı spagetti resepti

Reseptin məlumatları Baxış sayı: 3552

Tarix : 18.07.2018, 12:00

Bölmə : Quru yeməklər, Balıq yeməkləri, Makaron yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4

Şef / Mənbə : Günel (bahasun)




Tərkibi:
1 paçka spagetti
0,5 kq krevetka
1 kök
1 baş soğan
2 diş sarımsaq
1 bolqar bibər
3 x.q. zeytun yağı

Hazırlanması:
Spagettini adi qaydada bişirib süzürük. Mən cəmi 8 dəqiqə bişirirəm, çox bişirəndə bir birinə yapışır.
Krevetkaları təmizdəyirik, yaxşı yuyuruq.
Baş soğanı orta kəsirik. Sarımsağı xırda kəsirik. Zeytun yağında sarımsağı və baş soğanı qızardırıq. İçinə sürtkəcdən keçirilmiş kök əlavə edirik. Bibəri uzunsov və nazik kəsib əlavə edirik. Tərəvəzdər qızaranda krevetkaları əlavə edirik və 3-5 dəq. qızardırıq.
Krevetkalar çox qızaranda bərk olur. Ona görə bu vaxtdan çox qızartmayın.
Duz, istiot əlavə edirik. Bişmiş spagettinin üsdünə əlavə edirik.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, edirik, qızaranda, qızardırıq, kəsirik, soğanı, Bibəri, keçirilmiş, İçinə, yağında, sarımsağı, uzunsov, sürtkəcdən, nazik, istiot, Bişmiş, spagettinin, üsdünə, qızartmayın, vaxtdan
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN