• Sırdaq resepti

Reseptin məlumatları Baxış sayı: 7 355

Tarix : 17-09-2019, 12:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Badımcan - 2 ədəd
Pomidor - 2 ədəd
Sarımsaq - 2 diş
Göyərti - şüyüd, cəfəri
Bitki yağı - 2 y.q.
Duz, istiot - zövqə görə

Hazırlanması:
Badımcanları dörd hissəyə elə ayırın ki, üst hissələri bütöv qalsın. Duzlayın və 2-3 saatlıq bir qırağa qoyun ki, suyunu çıxarsın.

İndi yüksək atəşki ocaqda bitki yağında badımcanları elə qızardın ki, hər tərəfi, eyni zamanda içi tam qızarsın. Yağı atmayın, badımcanları isə qazana bir qat olaraq düzün. Üstünə 2-3 diş sarımsaq doğrayın.

Pomidorları doğrayın və badımcanların üstünə yerləşdirin. Qalan sarımsaqları da üzərinə əlavə edin. Badımcanları qızartdığınız yağı da tökün. Pomidorların üzərinə xırdalanmış göyərtiləri qoyun. Qazanı asta ocağa qoyun və 2-3 saat bişirin.

Sırdağı qarnir və əsas yemək kimi, soyuq və ya isti halda vermək olar.

Badımcanlar mədə-bağırsaq yollarının sekresiyasını stimullaşdıran selüloz və üzvi turşularla zəngindir. Bununla bərabər qanda xolesterin miqdarı çox azalır - bəzi hallarda 40%-dək. Bu da badımcanın ən əsas keyfiyyətlərindən biridir.

Nuş olsun!
Etiketlər: qoyun, badımcanları, Badımcanları, doğrayın, üzərinə, ocağa, bişirin, Sırdağı, qarnir, yemək, Qazanı, soyuq, xırdalanmış, əlavə, sarımsaqları, Qalan, qızartdığınız, tökün, halda, Pomidorların
BİZİ İZLƏYİN