• Göy qurşağı plovu resepti

Reseptin məlumatları Baxış sayı: 20 409

Tarix : 15-10-2014, 21:00

Bölmə : Quru yeməklər / Aş - Plov

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
düyü
1 banka yaşıl noxud konservi
1 banka qarğıdalı konservi
1 yerkökü
1 bolqar bibəri
1 pomidor
duz
istiot

Hazırlanması:
Yerkökü təzə deyilsə, onu əvvəlcədən qaynadın ki, bərk olmasın.

Düyünün üstünə azca su tökün. Su qaynayan kimi digər ərzaqları - noxud və qarğıdalını (mayesi ilə birlikdə), doğranmış bibəri, qarğıdalı boyda doğranmış yerkökünü, pomidoru, duz, istiot və istəyə görə digər ədviyyatı - əlavə edin. Vam odda düyü yumşalanadək bişirin.

Əgər bunu qarnir kimi deyil, ayrıca xörək kimi süfrəyə vermək niyyətiniz varsa, o zaman hazır olana yaxın içinə bişmiş ət tikələri (yaxud bişmiş toyuq) əlavə edin.

Nuş olsun!

Etiketlər: mayesi, istiot, digər, əlavə, bişmiş, bibəri, doğranmış, konservi, banka, qarğıdalı, noxud, xörək, vermək, ayrıca, süfrəyə, qarnir, yaşıl, yumşalanadək, bişirin, niyyətiniz, deyil
BİZİ İZLƏYİN