• Meyvəli qabırğa resepti

Reseptin məlumatları Baxış sayı: 15 035

Tarix : 13-04-2016, 11:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
500 qr quru gavalı,
1 şirniyyat qaşığı darçın,
1 stəkan süd,
1 şirniyyat qaşığı duz,
2 yemək qaşığı un,
500 qr alma
2 yemək qaşığı toz şəkər,
4 kg qabırga,
Bir az yağsız krem,
Duz,

Hazırlanması:
Qabırgaların hər iki tərəfini duz, şəkər və darçınla ovalayın.
Almaları altıya bölün.
İki qabırganın ortasına iç olaraq bir dənə alma dilimi və bir gavalı qoyun.
Dağılmasının qarşısını almaq üçün qabırgaları bir-birinə bağlayın.
Bir tavada kərə yağını əridin.
Qabırgaların iki tərəfının də rəngi dönənə qədər qızardın.
Tavanın dibini örtəcək qədər su tökün.
275-300 dərəcə qızdırılmış fırında qabırgaların yanmasının qarşısını almaq üçün ara -sıra su qataraq 2, 5 saat bişirin.
Fırından çıxardıb tavadan alın.
Sosu hazırlayana qədər soyumasın.
Tavada qalan yemək suyuna un qatıb qatı bir qarışıq əldə edənə qədər qarışdırın.
Tavanı vam odda qoyub yavaş-yavaş süd və kremi qatın.
Sos çok qatılaşarsa südlə durulaşdırın. Qaynayana qədər qarışdırın.
Duz vəistiotu əlavə edin.
Qabırgaları bağlayıbsınızsa ipləri kəsməyi unutmayın.
Qabırganın üzərinə bir az sos töküb qalan
sosu da bişmiş təzə kartofun üzərinə masada tökmək üçün sos qabında süfrəyə verin.

Nuş olsun!
Etiketlər: qədər, qaşığı, yemək, Qabırgaların, qalan, yavaş, qarşısını, üzərinə, almaq, qarışdırın, gavalı, şəkər, şirniyyat, Tavanı, qatılaşarsa, kremi, qatın, qoyub, suyuna, hazırlayana
BİZİ İZLƏYİN