• Vişnə şirəsi ilə qulyaj resepti

Reseptin məlumatları Baxış sayı: 14 214

Tarix : 12-04-2016, 17:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
Dana əti: 500 qram
Quru soğan: 100 qram
Vişnə suyu: 250 ml
Xiyar turşusu suyu: 250 ml
Un: 100 qram
Duz
İstiot

Hazırlanması:
Xörəyi hazırlamaq üçün əvvəlcə dana ətini kub formasında tikələr halında doğrayırıq. Bundan sonra kub formasında doğradığımız dana ətinə bir çimdik duz və istiot vururuq.
Bir tavaya yağ qoyuruq. Yağ olan tavaya duz və istiot vurub qarışdırdığımız kub şəkilli ətləri əlavə edirik. Yağlı tavada ətimizi qəhvərəngi olana qədər qızardırıq.
Ət qızardıqdan sonra tavaya vişnə şirəsi də əlavə edirik. Yeməyi vam odda təqribən bir saat qaynadırıq.
Bundan sonra qulyaja xiyar turşusu suyu da əlavə edirik. Xörəyin əti yumşalana qədər yenə də vam odda qaynadırıq.
Soğanları doğrayırıq. Doğradığımız soğanları unlayırıq və sonra qızardırıq.
Yeməyi süfrəyə verərkən üzərinə qızarmış soğan da əlavə edilir və bu şəkildə servis edilir.

Nuş olsun!
Etiketlər: sonra, əlavə, tavaya, edirik, doğrayırıq, Yeməyi, Bundan, qaynadırıq, istiot, qədər, formasında, soğan, turşusu, edilir, qızardırıq, xiyar, qulyaja, qızardıqdan, təqribən, şirəsi
BİZİ İZLƏYİN