• Xanımın plovu resepti

Reseptin məlumatları Baxış sayı: 15 707

Tarix : 19-12-2015, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Aş - Plov

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4


Tərkibi:
Düyü – 500 q,
Toyuq – 2 ədəd,
Kərə yağı – 300 q,
Alça turşusu – 3-4 x.q,
Badam ləpəsi – 300 q,
Qurudulmuş üzüm – 200 q,
xurma – 300 q,
Zəfəran,
Duz, istiot,

Hazırlanması:
İki ədəd toyuqlardan birinisinə hissəsindən iki yerə, digər toyuğu belindən iki yerə ayırın.
Bundan sonra toyuqları basdırma etmək üçün qarışığı hazırlayın. Qarışıq bu şəkildə hazırlanır: Alça turşusunun içərisinə istiot və duz vurun və yaxşıca qarışdırın. Doğranmış toyuq tikələrinin hər tərəfinə bu qarışıqdan çəkin və axşamdan basdırma edin.
Badam ləpəsinin üzərinə qaynar su əlavə edin. 20 dəqiqə badamlar suda gözləsin. Bundan sonra badamların qabıqlarını rahatlıqla soya bilərsiniz.
Badam qabıqları soyulduqdan sonra şabalıdların da qabıqlarını soyub hazırlayın.
Kərə yağını əridin.
Zəfəranın üzərinə qaynar su əlavə edin. Zəfəranın qaynar suda dəmlənməsini gözləyin.
Düyünü yuyun.
2 saat duzlu suda islatdıqdan sonra süzüb qaynayan duzlu suda bişirin və süzün.
İstiyə davamlı dərin qabın dibini yağlayın, sinə tərəfdən kəsilmiş toyuğu qaba yerləşdirin.
Üzərinə üzüm qurusu, şabalıd, badam ləpəsi əlavə edin, kərə yağı gəzdirin və zəfəranlı düyünü əlavə edin.
Düyünün üzərindən bel hissəsindən ayrılmış toyuğu qoyun. Toyuq tikələrinin üzərindən isə yenə də badam ləpəsi, şabalıd və yerləşdirin. Bunların üzərindən ərinmiş kərə yağı bərabər şəkildə gəzdirin.
Sobanı öncədən 150 dərəcəyədək qızdırın. Bu sobada sobada xanımın plovu 30-35 dəqiqə dəmə qoyun.

Nuş olsun!
Etiketlər: sonra, plovu, əlavə, ləpəsi, qaynar, toyuğu, Badam, üzərindən, şəkildə, hazırlayın, gəzdirin, şabalıd, basdırma, üzərinə, duzlu, Zəfəranın, qabıqlarını, dəqiqə, tikələrinin, Bundan
BİZİ İZLƏYİN