• Südlü plov resepti

Reseptin məlumatları Baxış sayı: 58 614

Tarix : 15-06-2014, 01:54

Bölmə : Quru yeməklər / Aş - Plov

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mikayıl Qocayev


Tərkibi:
1 kq düyü
2 l süd
duz
zəfəran
100 q kişmiş
100 q xurma
350 q kərə yağı
bal, qaymaq - zövqə görə

Hazırlanması:
Südlüplov ətsiz, yalnız südlə bişirilir.
Düyünü təmizləyin, xırdası çoxdursa, aşsüzəndən keçirin. Bütöv düyünü isti suda təmiz yuyun. Bir hissə düyüyə iki hissə süd götürün. Süd qaynadıqdan sonra içinə düyünü tökün, qarışdırın, bir az duz vurun. Rəngi saralanadək zəfəran tökün. Yenə qarışdırın. Düyü bişənə yaxın içinə yuyulmuş kişmiş, xurma, zövqə görə bir az şəkər tökün, ehtiyatla qarışdırın. Düyü yumşalıb, südü çəkilibsə, dəmə qoyun. Başqa bir qazanda kərə yağını dağ edin, dibinə qazmaq qoyun, süddə bişmiş düyünü qazmağın üstünə töküb yağlayın, dəmləyin. İri buludlara çəkin. Südlüplov adətən bal və qaymaqla yeyilir.

Nuş olsun!
Etiketlər: tökün, düyünü, qarışdırın, hissə, içinə, qoyun, Südlüplov, xurma, zövqə, kişmiş, qazanda, yağını, dibinə, Başqa, çəkilibsə, yuyulmuş, şəkər, ehtiyatla, yumşalıb, qazmaq
BİZİ İZLƏYİN