• Quzu ətindan bulqur plovu resepti

Reseptin məlumatları Baxış sayı: 14919

Tarix : 10.01.2016, 16:00

Bölmə : Quru yeməklər, Ət yeməkləri, Aş - Plov

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q quzu əti
1 soğan
2 dəfnə yarpağı
1 xörək qaşığı pomidor tomatı
1 xörək qaşığı istiot abqora
Zeytun yağı
Duz
İstiot
Su

Plov üçün:
3 su stəkanı iri bolqar
2 xörək qaşığı kərə yağı
1 soğan
Zeytun yağı
Duz
Su

Hazırlanması:
Quzu ətini quşbaşı doğrayırıq. Soğanı yeməli doğrayırıq. Qazana zeytun yağı tökürük və əti qoyub qovurmaya başlayırıq. Et, suyunu buraxıb çəkənə qədər bişiririk. Soğanı əlavə edib qovurmaya davam edirik. Soğan yumşalanda tomatları və dəfnə yarpağını qoyub qovururuq. İsti su əlavə edirik və qapağını örtərək bişməyə qoyuruq.

Bolqar plov üçün, soğanı yeməli doğrayırıq. Plov qazanına bir az zeytun yağı, kərə yağını və soğanı qoyuruq və qovururuq. Bolqarı əlavə edirik və qovurmaya davam edirik. Duzunu atırıq və isti suyunu veririk. Qapağını bağlayırıq və bişməyə qoyuruq.

Keks qəlibini isladırıq və içinə plovu doldururuq. Boşqaba plov tərsinə çeviririk. Kənarına da hazırladığımız əti qoyaraq xidmət edirik.

Nuş olsun!


Etiketlər: edirik, əlavə, qovurmaya, qaşığı, qoyuruq, doğrayırıq, xörək, suyunu, qoyub, zeytun, dəfnə, soğanı, bişməyə, qovururuq, yeməli, davam, soğan, Zeytun, Soğanı, veririk
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN