• Açmalı qiyməli börək resepti

Reseptin məlumatları Baxış sayı: 23 884

Tarix : 10-11-2015, 18:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Börəklər / Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 yumurta,
1 stəkan süd,
Yarım çay stəkanı maye yağ,
1 çay qaşığı duz,
Ala bildiyi qədər un,

Arasına sürtmək üçün:
Əridilmiş kərə yağı (yetəri qədər),

Hazırlanması:
Verilən ərzaqlardan yumşaq bir xəmir yoğurun.
Xəmiri mandalin böyüklükdə kündələrə ayırın.
Hazırladığınız xəmirdən 15 kündə çıxacaqdır.
Kündəni tabaq böyüklüyündə açın.
Üzərinə əridilmiş kərə yağını bol-boi sürtün.
Diğər açdığımız kündəni üzərinə qoyun.
Bu şəkildə 3 qat olacaq.
Üst kündənin üzərini yağlamayın ki, rahat aça biləsiniz.
Yəni açmaq üçün 3 qatlı olan 5 kündəniz olacaqdır.
Kündələrinizi bu şəkildə hazırlayıb açmaq üçün gözləməyə qoyun.
Bu arada iç xərcini hazırlayın.
Qiyməni ocağa qoyun və suyunu çəkənə qədər bişirin.
Bir az yağ əlavə edin və yeməklik doğradığınız soğan, bibər və pomidor əlavə edərək möhkəm qovurun. Bişdikdən sonra duzunu ,ədviyyatını və cəfərini əlavə edin.
Kündələri unlayaraq aça bildiyiniz qədər böyük açın.
Kənarlardan 4yerə qatlayın.
Böyük bir yayılmış xəmiriniz olacaqdır.
Həmin xəmiri də 4 yerə kəsin.
1 yuxadan 4 börəyimiz olur.
Kəsdikdən sonra iç xərcini qoyun və sigara börəyi kimi çox sıx olmadan bükün.
Azca yağlanmış fırın sinisinə alın.
Bütün yuxalara iç xərci qoyaraq bükün.
5 kündədən 20 börəyiniz olacaq.
Fırınıa qoymadan əvvəl börəklərinizin üzünü fırça yardımıyla yağlayın.
Əvvəlcədən 200 dərəcədə qızdırılmış fırında bişməyə qoyun.
Tamamən üzərləri qızarınca fırından alın.
İsti halda servis etsəniz daha yaxşı olar.

Nuş olsun!
Etiketlər: qoyun, qədər, əlavə, olacaq, xərcini, olacaqdır, şəkildə, bükün, sonra, xəmiri, Həmin, börəyi, kəsin, sigara, xəmiriniz, börəyimiz, yuxadan, Kəsdikdən, qatlayın
BİZİ İZLƏYİN