• Buxarda rulon mantı resepti

Reseptin məlumatları Baxış sayı: 15 666

Tarix : 12-06-2016, 16:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri / Duzlu xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
Xəmiri üçün:
1 yumurta,
3 stəkan un,
2 cay qaşığı duz,
Yetəri qədər su,

İç xərci:
300 q qıymə,
2 orta boy soğan,
2 orta boy kartof,
duz
İstiot,

Hazırlanması:
İç xərci üçün lazım olan ərzaqları qarışdırıb bir kənara qoyun.
Xəmir üçün lazım olan ərzaqları qatıb yumşaq bir xəmir yoğurun.
2 dəqiqə dincə qoyduğunuz xəmiri 3 kündəyə ayırın.
Kündələri çox nazik açın.
Sonra iç xərci üçün olan ərzaqları yuxanın içinə yayın.
Yuxanı rulon kimi bükün və uçlarında qalan xəmiri kəsin.
Yağlanmış sininin içinə yığın.
Üzərini kərə yağıyla yaxşı-yaxşı yağlayın.
Rulonu qazanda qaynayan suyun üzərinə suya dəyməyəcək şəkildə qoyun.
Üzərinə qapağı örtün.
Suyun buxarıyla bişən manti 25-30 dəqiqə qaynamalıdır.
Sonra içindən kartof alınaraq bişməsini yoxlayın.
Bişibsə yeyilməyə hazirdır.
Rulon mantının diğər özəlliyi isə qurut və əridilmiş kərə yağıyla yeyilmiş olmasıdır.

Qurudun açılması:
200 q qurudu qıraraq robota qoyun.
Üzərinə 1 stəkan qaynar su əlavə edib robotun qapağını bağlayıb robotdan keçirdin.
Qurudu robotda əzəndən sonra ələkdən keçirin.
Ayrandan bir az daha qatı olacaqdır.
Mantının üzərinə qurut və yağ töküb servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: xərci, ərzaqları, qoyun, qurut, xəmiri, dəqiqə, yağıyla, yaxşı, lazım, üzərinə, içinə, stəkan, Sonra, Üzərinə, kartof, əridilmiş, olmasıdır, mantının, yeyilmiş, Rulon
BİZİ İZLƏYİN