• Adana makaronu resepti

Reseptin məlumatları Baxış sayı: 14 081

Tarix : 22-06-2016, 22:00

Bölmə : Quru yeməklər / Makaron yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4


Tərkibi:
1 paket kəsmə makaron
3 ədəd baş soğan
2 xörək qaşığı bibər əzməsi
Yarım dəstə cəfəri
2 xörək qaşığı marqarin
1 xörək qaşığı zeytunyağı
1 çay qaşığı pul bibər
1 çay qaşığı qara bibər
2 çay qaşığı duz

Hazırlanması:
Qaynayan suya duz tökün.
Makaronu töküb 7-8 dəqiqə qaynatdıqdan sonra süzün.
Tavada marqarini əridin, kiçik kublar şəklində doğranmış soğanı, çəkilmiş əti, qara bibər və duz atın.
Çəkilmiş ətin suyunu qoyun özünə çəksin və sonra qarışdıraraq qovurun.
Bibər əzməsi və pul bibər əlavə edin.
Hazırladığınız sousu makarona əlavə 4 dəqiqə qarışdırın.
İncə doğranmış cəfəri ilə bəziyib süfrəyə təqdim edin.

Nuş olsun!
Etiketlər: qaşığı, bibər, xörək, cəfəri, dəqiqə, əlavə, sonra, əzməsi, doğranmış, çəkilmiş, özünə, Çəkilmiş, çəksin, suyunu, soğanı, qoyun, qarışdıraraq, Hazırladığınız, bəziyib, süfrəyə
BİZİ İZLƏYİN