• İspanaq souslu makaron resepti

Reseptin məlumatları Baxış sayı: 15 042

Tarix : 30-06-2016, 22:00

Bölmə : Quru yeməklər / Makaron yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
1 paket makaron (buruq, spiralvari)
yarım kilo ispanaq yarpağı
3 xörək qaşığı kərə yağı
3 xörək qaşığı un
1,5 su stəkanı süd
100 qr holland pendiri
1 çay qaşığı muskat rəndəsi
duz

Hazırlanması:
Makaronu qaynar duzlu suda qaynadaraq süzün.
Kərəyağını qazanda əridib içərisinə unu əlavə edin.
Yüngül qızaranda içərisinə südü əlavə edin.
Ispanaq yarpaqlarını yuyub incə doğradıqdan sonra südlü sousa əlavə edin.
10 dəqiqə davamlı qarışdıraraq bişirin. İçərisinə duz və qoz rəndəsini əlavə edin.
Makaronu boşqaba qoyub üzərinə ispanaq sousunu tökün.
Holland pendirindən rəndələyib üzərinə səpin.

Nuş olsun!
Etiketlər: əlavə, qaşığı, xörək, Makaronu, ispanaq, üzərinə, içərisinə, davamlı, qarışdıraraq, bişirin, İçərisinə, dəqiqə, sousa, yuyub, doğradıqdan, sonra, südlü, rəndəsini, boşqaba, pendirindən
BİZİ İZLƏYİN