• Kurşun aşı resepti

Reseptin məlumatları Baxış sayı: 13 988

Tarix : 2-08-2016, 10:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
1 st. qaynadılmış noxud
1 st. qaynadılmış yaşıl mərci
1 orta boy soğan
1 acı istiot
4 x.q. bitki yağı
2 x.q. tomat pastası
2 ç.q. qırmızı istiot
nanə
8 st. qaynar su
1 ç.q. duz

bulqurlu küftə:
1 st. xırda bulqur
2 x.q. mannı
2 st. ilıq su
1 st. un
1 x.q. tomat pastası
1 yumurta
1 ç.q. duz
300-400 q qaynadılmış ət

Hazırlanması:
Bulqurla mannının üzərinə suyu əlavə edib 15 dəqiqə saxlayın. Duz və tomat pastasını əlavə edib yoğurun. Unla yumurtanı da əlavaə edib yoğurun. Noxud böyüklükdə qoparıb girdə formaya salın.
Soğan və istiotu xırda doğrayıb zeytun yağında qovurun. Tomat pastası ilə qaynadılmış əti əlavə edib daha 2-3 dəqiqə bişirin. Qaynar suyu tökün. Qaynamağa başlayanda bulqur kündələrini əlavə edin. Aradabir qarışdıraraq 8-10 dəqiqə bişirin.
Bişmiş mərciməklə noxudu da əlavə edin, 10 dəqiqə bişdikdən sonra duz, istiot və nanə qatıb ocaqdan götürün.

Nuş olsun!
BİZİ İZLƏYİN