• Keşkek resepti

Reseptin məlumatları Baxış sayı: 16 550

Tarix : 8-08-2014, 15:47

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
1 kq sümüklü quzu əti
2 st. buğda
0,5 st. noxud
1 soğan
2 x.q. kərə yağı
1 x.q. bibər pastası
qara istiot
duz
zirə
darçın (istəyə görə)

Hazırlanması:
Noxudu və buğdanı axşamdan ayrı qablarda ilıq suda isladın.

Ertəsi gün öncə buğdanı qazana boşaldın, üzərinə doğranmış əti düzün, 4-5 sm hündürlüyə çıxacaq qədər su tökün, vam odda təxminən 60-70 dəqiqə bişirin.

Soğanı soyun, xırda doğrayın. Noxud suyunu çəkibsə, üzərinə çıxacaq qədər su və soğanı əlavə edib vam odda bişirin. Bişənə yaxın bibər pastasını əlavə edin.
Noxud yumşaldıqdan sonra qazanı ocaqdan götürün.

Buğda bişincə o qazanı da ocaqdan götürün. Ətləri çıxarıb sümüklərini ayırın, didib yenidən qazandakı buğdaya əlavə edin. Taxta qaşıqla döyə-döyə qarışdırın.

Balaca bir tavada kərə yağını əridin, buğdanın üzərinə tökün, duz, qara istiot, zirə və darçın səpin, yaxşıca qarışdırın.

Keşkeyi buluda çəkin. Ortasında çala açıb bişmiş noxudu oraya qoyun.

Nuş olsun!
Etiketlər: üzərinə, əlavə, buğdanı, çıxacaq, qazanı, bişirin, Noxud, qədər, tökün, götürün, ocaqdan, qarışdırın, bibər, darçın, istiot, buğdaya, Taxta, qazandakı, ayırın, Ətləri
BİZİ İZLƏYİN