• Julyen profitrol resepti

Reseptin məlumatları Baxış sayı: 12 466

Tarix : 2-01-2017, 12:00

Bölmə : Quru yeməklər / Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Xəmir üçün:
Kərə yağı - 80q
Su və ya süd - 2/3 stəkan
Duz - bir çimdik
Un - 1 stəkan
Yumurta - 4 ədəd

İçlik üçün:
Göbələk - 400q
Toyuq filesi - 400q
Rəndələnmiş holland pendiri - 200q
Qaymaq - 1 stəkan
Şüyüd - 1 dəstə

Hazırlanması:
Profitrol xəmirini hazırlamaq üçün ilk öncə südü və ya suyu bir qazana boşaldın. Kərə yağını doğrayıb, duz ilə birgə südə əlavə edirik. Kərə yağı süddə həll olana qədər orta dərəcəli alovda saxlayırıq. Daha sonra unu əlavə edib, kütləni tez-tez qarışdırırıq. Xəmir qazanın dibindən qopmağa başladıqda alovu söndürün. Soyuyan xəmirə bir-bir yumurtaları əlavə edərək çalırıq. Hazır xəmiri aralarında 4-5 sm məsafə qoymaq şərti ilə qənnadı şprisə doldurub profitrolları formalaşdıraq. Sobanızı 200 dərəcəyə qədər isidib, formalaşdırdığımız xəmiri 25-30 dəqiqə ərzində bişirin.
İçliyi hazırlamaq üçün göbələkləri təmizləyib, doğrayın. Tavaya kərə yağını əlavə edib, göbələkləri 10 dəqiqə orta alovda qızardın. Daha sonra toyuq filesini doğrayıb, göbələklərin yanına əlavə edib, qızartmağa davam edin. Göbələk və file yüngül qızartı aldıqda, tavaya qaymağı boşaldın. Qaymağın suyu çəkilənə kimi, tavanın qapağını örtmədən, qarışımı bişirməyə davam edin.
Bişmiş profitol xəmirini soyudun. Biçaq vasitəsi ilə profitolların "qapağlarını" kəsin.
Profitrolların içinə, bişirdiyiniz göbələkli-toyuqlu içliyi yerləşdirin. İçliyin üzərinə holland pendirini və şüyüdü əlavə edib, profitrolların "qapağını" bağlayın.

Nuş olsun!
Etiketlər: əlavə, stəkan, doğrayıb, qədər, boşaldın, hazırlamaq, alovda, yağını, qapağını, göbələkləri, dəqiqə, Xəmir, davam, xəmiri, xəmirini, sonra, Göbələk, holland, yüngül, yanına
BİZİ İZLƏYİN