• Tikə kabab resepti

Reseptin məlumatları Baxış sayı: 1169

Tarix : 30.12.2017, 15:30

Bölmə : Quru yeməklər, Ət yeməkləri, Kabablar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Xatirə


Tərkibi:
adambaşına 350 q qoyun əti
1 baş soğan
10 q cəfəri, reyhan
3 q sumaq və ya 5 q narşərab
duz/istiot

Hazırlanması:
Tikə kabab üçün qoyun cəmdəyinin bel, yaxud bud hissəsindən 35-40 q-lıq tikələr kəsilib şişə taxılır. Üzərinə duz səpilir və manqalda közərmiş kömür üzərində qızardılır. Kömür alovlanmasın deyə ona duzlu su çilənir.

Ət şişə taxılan zaman həm yağlı həmdə yağsız tikələr götürülməlidir. Ətin bir qaydada qızarmasına fikir verilməlidir, şişlər arabir çevrilməlidir.

Tikə kabab hazır olan kimi süfrəyə verilməlidir. Üzərinə halqavari şəkildə doğranmış baş soğan, habelə çöp şəklində doğranmış göy soğan və keşniş tökülüb süfrəyə verilir. Bundan başqa yanına bir neçə dilim limon yaxud narşərab, sumaq, dpyülmüş istiot və duz qoyulur. Yay mövsümündə tikə kababın hər payına 100 q şişdə qızardılmış pomidor da əlavə edilir.

Nuş olsun!

Etiketlər: soğan, yaxud, kabab, tikələr, Üzərinə, doğranmış, istiot, süfrəyə, qoyun, narşərab, verilməlidir, sumaq, Bundan, keşniş, tökülüb, şəklində, verilir, çevrilməlidir, hazır, başqa
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica