• Göy qutabı resepti

Reseptin məlumatları Baxış sayı: 97 818

Tarix : 7-04-2017, 14:00

Bölmə : Quru yeməklər / Duzlu xəmir işləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Xatirə


Tərkibi:
Xəmir üçün:
4-5 st un
1 yumurta
1 ç.q duz
Aparanadək ilıq su
Zövqə görə sarıkök əlavə edə bilərsiniz.

Yuxaları yaymaq üçün:
4-5 x.q un

İç üçün:
10 dəstə göyərti (keşniş, şüyüd, ispanaq, göy soğan, nanə, sarımsaq, cəfəri, turşəng, kəvər, cincilim və s)
Zövqə görə duz

Qutabın aralarına sürtmək və qızartmaq üçün:
Quyruq
Kərə ya da bitki yağı

Üstü üçün:
Sumaq (zövqə görə)
Qatıq

Hazırlanması:
Unu bir qaba ələyib duzu səpib ortasına yumurtanı sındırırıq və suyu əlavə edib qaşıqla qarışdırırıq. Sonra əlimiz ilə normal xəmir yoğururuq. Xəmiri balaca hissələrə bölüb kündəliyirik. Üstünə salafan örtürük qurumasın. İçliyi hazırlayırıq. Göyərtiləri təmizləyib yuduqdan sonra xırda doğrayırıq. Doğranmış göyərtiyə duz səpib yaxşı qarışdırırıq (ya da göyərtini yuxanın üstünə töküb duzu səpirik). Kündənin birini götürüb un səpib nazik yuxa yayırıq. Yuxanın yarı hissəsinə içlikdən qoyub yayırıq. Yuxanı iki qatlayırıq və yanlarını bərkidirik. Qazın ya da odun üstündə qızmış sacın üzərinə qoyub hər iki tərəfini qızardırıq. Bu şəkildə bütün qutabları hazırlayırıq. Hər bir qutabı bişirib yığanda aralarına kərə yağı vurun, onda həm yumşaq, həm də dadlı olur. Qutabları süfrəyə verərkən quyruq, kərə ya da bitki yağından az istifadə etməklə yenidən isidib veririk. Zövqə görə üstünə sumaq səpib yanında qatıq verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: səpib, Zövqə, üstünə, yayırıq, hazırlayırıq, qarışdırırıq, bitki, bilərsiniz, qoyub, aralarına, əlavə, Yuxanı, qatlayırıq, Qazın, qızmış, üstündə, içlikdən, bərkidirik, yanlarını, nazik
BİZİ İZLƏYİN