• Patra resepti

Reseptin məlumatları Baxış sayı: 14 735

Tarix : 14-11-2014, 23:00

Bölmə : Digər reseptlər

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 q un
100 q əridilmiş yağ
200 q su
5 yumurta
2 st. bitki yağı
1 x.q. şəkər pudrası
duz

Hazırlanması:
Unu ərinmiş yağda azacıq qızardın. Qarışdıra-qarışdıra duzlu qaynar suyu əlavə edin. Qarışdırmağa davam edərək kütlənin qaynamasını gözləyin. Sonra ocaqdan götürüb azca soyudun (təxminən 50 dərəcəyədək).

Soyumuş kütləyə yenə də qarışdırmaqda davam edərək bir-bir yumurta qırın.

Xörək qaşığını suda isladıb xəmirdən götürün və tavada çox qızdırılmış bitki yağına salaraq qızardın. Qızılı rəng alanadək bişirin. Sonra yağını çəkməsi üçün salfetin üzərinə düzün.

Hazır patranın üzərinə şəkər pudrası səpin.

Nuş olsun!
Etiketlər: Sonra, qızardın, üzərinə, davam, pudrası, yumurta, edərək, şəkər, bitki, yağına, salaraq, qızdırılmış, götürün, qaşığını, Xörək, isladıb, xəmirdən, Qızılı, tavada, yağını
BİZİ İZLƏYİN