• Kasıb cəngavər deserti resepti

Reseptin məlumatları Baxış sayı: 12 101

Tarix : 3-09-2016, 16:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


8-10 dilim ağ çörək
2 yumurta
250-300 ml süd
8 q vanilli şəkər tozu
1 x.q. şəkər tozu
1 çimdik darçın
100 q çörək qırıntısı, yaxud narın suxarı
qızartmaq üçün yağ

Hazırlanması:
Yumurtanı südlə qarışdırın, şəkər tozu ilə darçın qatın.

Hər dilimi südlü qarışığa, sonra suxarıya batırın. Sonra yenidən südlü qarışığa salıb suxarıya batırın.

Yağda qızılı rəng alanadək qızardın.

Ərzağın qədərini dəyişmək olar, yəni daha artıq götürə bilərsiniz. Əsas odur ki, çörək təzə deyil, bayat olsun. Həmçinin üzərinə sevdiyiniz cemi çəkib, qoz-fındıq, badam yonqarı səpə bilərsiniz.

Nuş olsun!
Etiketlər: şəkər, çörək, suxarıya, qarışığa, bilərsiniz, olsun, südlü, batırın, darçın, götürə, vanilli, artıq, dəyişmək, qızardın, Ərzağın, qədərini, deyil, bayat, fındıq, badam
BİZİ İZLƏYİN